Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QANADLI
sif. 1. Qanadı olan, qanad çıxarmış. Qanadlı qarışqa. - Bir az keçmədən qırmızı qanadlı arılar qocanın başı üstünə qalxdı. S.Rəhimov.
2. məc. Çox iti uçan, çox iti gedən. Hünərim, qüvvətim bitməz, tükənməz; Qanadlı bir şahin yerdə sürünməz. A.Şaiq. Məncə fürsət qanadlı bir quşdur; Kim ki əldən uçursa, sərxoşdur. H.Cavid. Sevgim mübarizə, sevgilim həyat; Yəhərlənmiş bana qanadlı bir at. M.Müşfiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla