Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QAMƏT
is. [ər.] 1. Boy, boy-buxun, qədd. Der idim qamətinə sərv, vəli özgə imiş. Füzuli. Qamətin tək heç bir qamət biçilməz. M.P.Vaqif. Sərvi xar etdi, əcəb, bu qamətirənayə bax. Heyran xanım. Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş. X.Natəvan.
2. Bel. Bir əllə də qılınc vurmaq mənim köhnə adətimdir! Buna şahid qocalsam da, bükülməyən qamətimdir! S.Vurğun. □ Qaməti bükülmək (əyilmək) - beli əyilmək (bəzən qocalmaq mənasında). Dərd yükünün ağırlığı altında əyilməyə başlayan qamətini, ayaqları ağır-ağır qapıya sarı çəkdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....