QALPAQis. 1. Mahuddan, keçədən, bezdən, yaxud dəmirdən və s.-dən qayrılan baş örtüsü - papaq. Aşpaz qalpağı. Qaynaqçı qalpağı. - [Balacayev] əyninə ağ xalat geymiş, başına ağ qalpaq qoymuş, gözlərinə ağ dəmir saplı eynək ilişdirmişdi. S.Rəhimov.
2. Müxtəlif şeylərin üstünə qoymaq üçün qapaq, örtü. Qoruyucu qalpaq. Dostlarınızla paylaşın!
|
Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın. |