Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QALİB
sif. [ər.] Üstün gələn (gəlmiş), qələbə çalan (çalmış). Qalib ordu. - Fəxrəddinin qalib dəstələri şəhərə girdiyi zaman, Gəncə qadınları qalib dəstələrin başına damlardan gül səpirdilər. M.S.Ordubadi. // Is. mənasında. Qaliblər marşı. - [Ilyas qıza:] Şəxsi həyat üzərində qopan gurultular, yemək və qazanc üstündəki vuruşmalar, aldadanların şadlığı, aldananların göz yaşı, haqqını müdafiə edənlərin məğlubiyyəti, qaliblərin bayram təntənələri .. məni yoran işlərdəndir. M.S.Ordubadi. □ Qalib gəlmək (olmaq, çıxmaq) - 1) üstün gəlmək (olmaq, çıxmaq), qələbə çalmaq. Məğlub olanlar qalib çıxmağa tələsənlərdir. M.S.Ordubadi; 2) yarışda irəlidə olmaq, birinciliyi qazanmaq. Beynəlxalq şahmat yarışlarında şahmatçılarımız qalib gəldilər. - [Sevinc:] Bu mübarizədə qalib çıxmaq üçün gərək ağlın iti olsun, qolun da güclü. Z.Xəlil; 3) məc. Təsir etmək, zor gəlmək, əldən salmaq, üzmək. Biz uşaqların bütün günləri bağlarda keçirdi. Ta aclıq bizə qalib gəlməyincə evlərimizə qayıtmazdıq. S.S.Axundov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....