Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QALIN

sif. 1. Kütləsi köndələn vəziyyətdə çox ver tutan, yoğun (nazik müqabili). Qalın kitab. Qalın divar. Qalın döşək. Qalın gön.
Bir-birinə çox yaxın ağaclardan, kollardan ibarət olan; sıx. Gün çıxıb, dağ başından uçdu duman; Qaralırdı qalın, qara orman. Səhhət. Qalın meşə, yaşıl ot adam boyunda, gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verir. N.Nərimanov. Saman və ot tayaları, qalın kol-kos, yaşıl ağaclar islandıqca havanı xoş bir ətirlə doldururdu. M.İbrahimov. // Kəsif, qəliz, qeyri-şəffaf. [Müəllim] lampasını keçirmişdi; otaq qalın bir qaranlığa büründüyündən nə yapdığını seçə bilmirdi. S.Hüseyn.
məc. dan. Kobud, qaba.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....