İzahlı lüğət

QALEREYA

[fr.] 1. Binanın ayrı-ayrı hissələrini bir-biri ilə birləşdirən örtülü uzun eyvan. Şüşəbənd qalereya. Qala tikililərini, yaxud şaxtanın ayrı-ayrı hissələrini bir-biri ilə birləşdirən yeraltı yol.
Teatrın, ucuz qiymətli yerlər olan ən yuxarı yarusu.
İncəsənət əsərlərini nümayiş etdirmək üçün bina. Şəkil qalereyası. // İncəsənət, əsasən rəsm və heykəltəraşlıq muzeyi. Tretyakov qalereyası. Drezden qalereyası.
məc. Uzun sıra, silsilə. M.F.Axundzadə tiplərinin qalereyası.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QIT

QOM

......