Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QALAQ
is. Bir yerə qalanmış, üst-üstə yığılmış, yığın halında olan şey; yığın, topa. Odun qalağı. Dərz qalağı. Qar qalağı. Torpaq, qum qalağı. - Məmmədəli əminin həyətinin aşağı tərəfində bir yekə gərmə qalağı var idi. C.Məmmədquluzadə. Onlar uçuq toyuq hininipalçıqlayır və həyətin bir guşəsinə yapılmış təzəkləri qalağa yığırdılar. M.İbrahimov. Yonca qalaqlarının arasına çatanda, Tapdıq: - Mina, hara tələsirsən? - deyə onu saxladı. Ə.Əbülhəsən. □ Qalaq vurmaq - koma yığmaq, üst-üstə yığmaq, qalaqlamaq. Tayları qalaq vurmaq.
qalaq-qalaq zərf Qalaqlanmış halda, üst-üstə yığılmış halda; yığın-yığın, topa-topa, üst-üstə. Hətəmxanın tayları dağ kimi qalaqqalaq göründüyü halda, yenə də arası kəsilmədən ulaqlarla dərz çəkilirdi. S.Rəhimov. Dəniz coşdu zaman-zaman şiddətlənərək; Qalaq-qalaq qaryığını çıxdı qurşağa. S.Vurğun. Pambıq kimi qalaq-qalaq yığılıb; Oxşursunuz qarlı dağa, buludlar! H.K.Sanılı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....