Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QALA
is. [ər.] 1. Uzun müddət içində qapanıb düşmənə müqavimət göstərmək üçün möhkəm müdafiə tikililəri və vasitələri olan istehkam (məntəqə). Qərb tərəfdə uzanan dağlar Əsgəran qalasına çatdıqda .. bir-birinə yaxınlaşırlar. S.S.Axundov. Hava işıqlandıqca Girdman qalasının möhtəşəm bürcləri aydın görünməyə başlayırdı. M.Hüseyn. Qədimdə qala rolu oynamış yüksək və əksərən dairəvi şəkildə olan tikili; bürc. Qız qalası. Mərdəkan qalası. - Daşaltı çayının daş dələn səsi; Şuşa qalasının “Ərim gəldi” si.. Vahabzadə. // Qüllə. Qaladan azan səsini eşidərkən hər kəs öz evinə gedib süfrəyə hücum başlardı. H.Sarabski.
Həbsxana, dustaqxana, qazamat.
köhn. Şəhər. [Ziba xanım:] ..Xan qala divarında bəy uşaqlarını bir-biri ilə güləşdirir. M.F.Axundzadə.
məc. Dayaq, arxa, müdafiəçi, istinadgah mənasında.
□ Uçan qala - uzaq məsafələrə uça bilən ağır bombardman təyyarəsi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....