Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QAFİL

sif. [ər.] 1. Nə edəcəyini və başına nə gələcəyini irəlicədən düşünməyib, işini boş tutan; qəflətdə olan; ehtiyatsız, diqqətsiz, xəbərsiz. Qafil xortdan, bu nə xabiqəflətdir ki, uyubsan! Ə.Haqverdiyev. Bu qafil qıza mənimyazığım gəlirdi. M.S.Ordubadi. // İs. mənasında. Üzünü güzgüyə qeybətdə oxşadan qafil; Toxunsa üz-üzə, olmazmı ara yerdə xəcil? Füzuli. Ey qafil, özündən sənin ancaq xəbərin var! M.Ə.Sabir. □ Qafil olmaq - qəflət etmək: ehtiyatsız (diqqətsiz, xəbərsiz) olmaq, fürsəti əldən çıxarmaq, ehtimal etmək. Olma qafil, ər kimi tərpən, işin mərdanə tut. Füzuli. Vermişəm sən təki bimehrə könül qafil olub; Olmuşam indi yaman yerdə peşiman, əfsus! S.Ə.Şirvani. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan? C.Məmmədquluzadə.
Ansızın, gözlənilməz, nagahani, qəfil. Məni hicriylə bir halə salıb gülüzlü ol dilbər; Ki, yüz yol istərəm çatsın əcəl, qafil ölüm hər an. Heyran xanım.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....