Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QADA

is. 1. Bəla, dərd, müsibət, fəlakət. Koroğlu əyilməz yağıya, yada; Mərdin əskik olmaz başından qada. “Koroğlu” . Bənd oldu könül bir gülə, səs tutdu mahalı; Guya ki, bu dünyada qan oldu, qada düşdü. C.Cabbarlı.
2. “Qadası” şəklində - yalvarış, yaxud nəvazişli xahiş - xitab bildirir. Qadası, de görüm, axı bu nə əhvalatdır? M.S.Ordubadi. [Mahmud arvadına:] Bu kələyə razısanmı? ..İndi gəl üzündən öpüm, qadası!.. B.Talıblı.
□ Qadan(ı) alım! - yalvarışlı, yaxud nəvazişli xahiş bildirir. [Şahbaz bəv:] Şərəfnisə, qadan alım, bilirsən ki, əmidostum bu gün nə tufan elədi? M.F.Axundzadə. Qadan allam, ey qara göz, sənə bu əda neçindir? S.Ə.Şirvani. Motalpapaq, kürklü bir kişi komandana yaxınlaşaraq dedi: - Qadan alım, komandir, biz ağsaqqallar təvəqqe edirik ki, bizdən də bir neçəmizi özünüz ilə aparasınız. H.Nəzərli. Qadam sənə (olsun)! - qarğış ifadəsi. Qadası canıma - əzizləmə, pərəstiş ifadəsi. Başını buladı, gözündən güldü; Güləndə qadası canıma düşdü. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....