Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QAÇAQ

is. 1. Çarlıq dövründə: hökumətin zülm və ədalətsizliyinə dözməyərək, həbsdən və ya sürgündən qaçan adam.
Bir cinayət edib hökumətdən və ya həbsdən qaçaraq, dağda və meşələrdə yaşayıb soyğunçuluqla məşğul olan adam; quldur. Ancaq bu həndəvərdə məşhur bir qaçaq var. M.F.Axundzadə. [Novruz:] Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? N.Nərimanov. [Gülpəri:] ..Hər şey əldən çıxandan sonra, Əmiraslan məni qovub, özü də qaçaq dəstəsinə qoşuldu. S.S.Axundov.
Bu və ya başqa bir səbəbə görə qaçmağa, baş götürüb getməyə məcbur olan adam. □ Qaçaq düşmək - müxtəlif səbəblərə görə öz yurdundan, ailəsindən uzaq düşməyə məcbur olmaq. Hacı da ondan sonra düşdü qaçaq; Qaldı dağlarda el, ulusdan iraq. A.Səhhət.
sif. Sürüdən qaçan, sürüdə durmayan. Qaçaq qoyun. // Bərk gedən, başını saxlamaq çətin olan. Qaçaq at.
sif. Gömrük, rüsum verməmək üçün gizli gətirilən. Qaçaq mal. Qaçaq tütün. - [Əsgər bəy:] On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə-bir qazanarıq. M.F.Axundzadə. [Əhməd] ..qaçaq mal alveri eləməkdən başqa yüngül və əziyyətsiz bir yol tapa bilməyirdi. B.Talıblı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....