Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QABİL
sif [ər.] 1. İstedadlı, qabiliyyətli, hər şeyi tez qavrayan zehinli, zəkalı. Qabil uşaq. Qabil tələbə. - Qabil şagird ustad olur ustadan. (Ata. sözü). Adam var ki, yüz sözdən bir məna duymağa qabil deyildir. Ə.Abasov. // Bacarıqlı, hər şeyi bacaran, mahir, məharətli, ustad. Qabil usta. Qabil sənətkar. Qabil dərzi. - Maşallah, nə yaxşı qabilsən; Bağçabanlıqda xeyli kamilsən. A.Səhhət. [Ahıl qadın dedi:] Indi biz gəlib Cahan xalaya tay ola bilmərik. Özü də bir qabil arvaddır. Ə.Haqverdiyev. Mümkün olan. Əlacı qabil deyil. Düzəlməsi qabil deyil. - Tətbiqi qabil isə, fikrin gözəldir. Çəmənzəminli.
Yararlı, münbit, yaxşı. Mən səpdiyim toxum qabil torpağa səpilib. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....