Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
QABAR
is. 1. Bədəndə dərinin altında əmələ gələn sulu qabarcıq; suluq. □ Qabar olmaq - bax qabarlamaq 1-ci mənada. [Mahmud:] Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Ə.Haqverdiyev.
Çox sürtülməkdən, toxunmaqdan qalınlaşmış, sərtləşmiş ət təbəqəsi; döyənək. Qabar bağlamaq, qabar olmaq, qabar çalmaq - bax qabarlamaq 2-ci mənada. [Şərəf xanım:] Gecə-gündüz işləməkdən əllərim qabar olmuşdur. S.S.Axundov. Ayaqlarım yolunda qat-qat qabar bağlamış. R.Rza. Bəs səbəb nədir, yazmır anaya bircə kağız; Oğul-oğul deməkdən qabar oldu dil, ağız. S.Rüstəm.
Su üzündə yağış damcılarından əmələ gələn köpükcük; qabarcıq.
qabar-qabar sif. Hər tərəfi qabarlı, qabarla örtülmüş. Əlləri qabar-qabar (z.) olmaq. - Yaralarım qabar-qabar; Gəldi yardan doğru xəbər. Aşıq Kərəm. Ayağın qabarqabar çatdın Tehrana, heyhat! S.Rüstəm. [Komandir:] Mən özüm də kənddən çıxmışam, atamın da əli, bax, belə qabar-qabardır. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....