Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QABAN
is. Vəhşi donuzun erkəyi. Qaban əti. Qaban ovu. Çöl donuzuna qaban da deyilir. - Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb, özüm də üstündə yola düşdüm. Ə.Haqverdiyev. // məc. Kobud, yekə cüssəli, yöndəmsiz və qüvvətli adam haqqında. Ərdovdu, qabandı, qoyma gəldi; Didarı yamandı, qoyma gəldi! M.Ə.Sabir.
□ Qabana dönmək - 1) həddindən artıq yekələnmək, kökəlmək, güclənmək; 2) vəhşiləşmək, azğınlaşmaq; son dərəcə qəzəblənmək, hiddətlənmək. Dönüb qabanapələngə, polis idarələri; Girib bu xalq ilə cəngəpolis idarələri. Ə.Nəzmi. Yaralı qabana dönmək - bax qabana dönmək 2-ci mənada.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla