Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QAB
is. 1. İçərisinə şey qoymaq və ya içərisində şey saxlamaq üçün məişət avadanlığı. Saat qabı. Şeyləri qoymaq üçün qab lazımdır. - Qəzəl qurtarmayır, çatmayır sona; Qoyub qələmini davat qabına.. B.Vahabzadə. // dan. Çuval, torba, kisə, yeşik və s. Buğdanı bir qaba tök.
2. İçərisinə yemək qoyulan, yemək tökülən boşqab, mətbəx əşyası və s. Şorbanı qablara tökmək - [Cahandar ağa:] Ay bacı, atan ehsanına bir qab su ver, içim.. İ.Şıxlı.
□ Qabına sığmamaq - 1) səbirsizlik göstərmək, özündən çıxmaq (şadlıqdan); 2) güvənmək, lovğalanmaq, qürrələnmək. Qabında bir şey olmamaq - elmsiz, məlumatsız, biliksiz, qabiliyyətsiz, bacarıqsız adam haqqında. Görünüşünə baxma, qabında bir şey yoxdur. Qabını çatlatmaq - həddini ötüb keçmək, cığırını aşmaq, daşıb dağılmaq. Sirkə tünd olsa, öz qabını çatladar. (Ata. sözü).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....