Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÜY-QALMAQAL, KÜY-KƏLƏK
is. Hay-küy, səs-küy, qalmaqal: qarışıqlıq, araqarışma. [Minbaşı:] Hərgah mənim imtahanıma etibarın varsa, artıq küy-qalmaqal lazım deyil. N.Vəzirov. Küy-kələk, bağırtı hədə və söyüş səsləri ətrafa yayıldı. P.Makulu. Küy-qalmaqal (küy-kələk) salmaq səs-küy salmaq, hay-küy salmaq. [Heydər bəy:] Gərək bir dörd verst aşağıda küyqalmaqal salaq, qazaqlar tamam aşağı ensinlər. M.F.Axundzadə. Küy-kələklə şəklində zərf- hay-küylə, səs salaraq, həyəcan içində. Küy-kələklə iş görmək. - Babacan küy-kələklə içəri girdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....