Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÜTLƏŞMƏK
f 1. Küt olmaq, kəsməz hala gəlmək, kəsəri azalmaq; korşalmaq. Balta kütləşib. Bıçaq kütləşib - Baxma rəfiqə, qohum, qardaşa; Kütləsib, ülgüclərini çək daşa! Ə.Nəzmi. Neçə vaxtdı ki, Gövhər qiyməkeşi işlətmirdi.. qiyməkeş yaman kütləşmişdi. H.Seyidbəyli.
məc. Həssaslığını itirmək, qavramaq qabiliyyətini, dərrakəsini itirmək. Hafizəsi kütləşmək. - Nəhayət, yorulur, kütləşir başı; Dönüb kölgələnir məyus baxışı. S.Vurğun. // Keyimək, keyləşmək. Soyuqda dayanmaqdan kütləşmiş Ələmdar balkonun qabağına yeriyib, əlini qulağına gətirdi.. S.Rəhimov.
məc. Azalmaq, zəifləmək, hissedilməz hala gəlmək. Getdikcə “alo, alo” səsləri çoxalır, Mehribanın ürəyindəki ağrı kütləşirdi. H.Seyidbəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla