Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KÜSMƏK

f 1. Hər hansı bir səbəbə görə birindən (adətən öz yaxın adamından) incimək, onunla danışmamaq, onu dindirməmək. Yoldaşından küsmək. Qonşudan küsmək. [Kərbəlayı İsmayıl Zeynəbə:] ..Axırı, heç olmasa, götürüb nəçərnikə yazaram ki, filan arvad ərindən küsüb. C.Məmmədquluzadə. // Ümumiyyətlə, incimək, qəlbi sınmaq, xətri qalmaq. Mehribanlıq görməyib bir məhliqadən küsmüşəm; Gündə yüz al eyləyən qəlbiqəradən küsmüşəm. M.P.Vaqif. Bizim bu sözlərimiz bir çox adamların xoşuna gəlmirdi. O adamlar bizdən küsürdülər.. Ü.Hacıbəyov. [Sultan:] Küsərsən, qulağından çəkib qaytararam və deyərəm: - Dur burada, böyüyün sözünə baxmayan böyürə-böyürə qalar. İ.Hüseynov.
2. məc. Bədbinləşmək, bədbinliyə qapılmaq. Həyatdan küsmək. Dünyadan küsmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....