Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÜSƏYƏN
sif Tez küsən, hər şeydən inciyən, küsən; dəymədüşər. Küsəyən qız. Küsəyən uşaq. - [Mehriban xanım] gah şıltaq bir qız, gah ceyranbaxışlı bir gəlin, sonra da indiki kimi küsəyən bir uşağa bənzər qarı şəklində dayanıb dururdu. S.Rəhimov. [Misir] ağızdan pərtov, küsəyən idi, söz saxlaya bilməzdi. Ə.Vəliyev. // Obrazlı təşbehlərdə. Bu yerlərdə nə istəsən taparsan. Yumşaq torpağa qanad sərən yemliyi, qazayağını, .. kölgə və sərinlik sevən çiyələyini, küsəyən bənövşənimi deyim?! Mir Cəlal. // İs. mənasında. Küsəyənin payını yeyərlər. (Ata. sözü).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....