Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KÜRƏ2

is. [fars.] 1. Dəmiri qızdırmaq üçün körüklə odu közərdilən dəmirçi ocağı. Kürəni körükləmək. Dəmirçi kürəsi. - Dəmiri kürədən dəmir çıxardar. (Ata. sözü). Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfində ağacdan bir çardaq tikilib, içində böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. M.F.Axundzadə. ..Körüklər basılır, kürə qızarır, zindan səslənir. S.Rəhimov. □ Cəhənnəm kürəsi - bax cəhənnəm. Yayda cəhənnəm kürəsi kimi hər tərəfi yandıran Tehran günəşi, payızın son ayları və qışda çox ilıq və mülayim olur. M.İbrahimov.
Palçıqdan, gildən və ya dəmirdən düzəldilən kiçik ocaq. Xörəyi kürədə bişirmək. Kürəyə kömür tökmək. - Mətbəxdə mütləq təndir, biri böyük, digəri kiçik iki ocaq, bir kürə olardı. H.Sarabski. ..Fatma səkidə, palçıqdan qoyulmus kürədə südlü sıyıq bisirirdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....