Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KÜPƏ1

is. Su, yağ və s. tökülən müxtəlif ölçülü saxsı qab. Yağı küpələrə doldurmaq. Küpənin ağzını bağlamaq. Küpəyə doşab tökmək. - Saat yarımdan sonra Qurban gəldi. Küpəni, ləyəni, parçı və bir lüləyin gətirdi. Məmmədquluzadə. [Səlimə:] Küpənin dibində bir az gərək turşu olsun. Ə.Haqverdiyev. [Sadıq] içi kərə yağla dolu şirli küpəni döşəməyə qoydu. Mir Cəlal. □ Küpə qoymaq (salmaq) - soyuq dəymiş adamın dalına balaca küpə (banka) qoymaq (salmaq). [Günəş:] Səni soyuq almış, gəl belinə küpə qoyum, - dedi. A.Şaiq. [Mələk:] Bu saat penisillin vuracağam, küpə salıb, üstünü basdıracağam. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....