Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KÜNC

is. [fars.] Bucaq, guşə. Şkafın küncü. Küncə çəkilmək. - Arvad ələyi gətirəndən sonra Qurban oturdu otağın bir küncündə və başladı gəci ələməyə. C.Məmmədquluzadə. Məhbuslar qorxularından küncə qısılırlar. Ü.Hacıbəyov. Qalaca küncünə qısılan şahın; Xalqı palçıq kimi tapdalanıbdı. M.Araz. // Məc. mənada. ..Meşənin dərin küncündə cəh-cəh ilə oxuyan bülbüllərə qulaq verdim. A.Divanbəyoğlu. Atıb anan səni bir qəmli küncə; Sənə süd verərdi sanki ödüncə.. M.Müşfiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....