Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÜLÜNG
is. Daş çıxarma və torpaq qazıma işlərində istifadə edilən bir ucu sivri, o biri ucu isə enli alət. Külünglə yer qazımaq. Külüngə dəstə vurmaq. - Əhməd .. bir külüng gətirib evin küncünə atdı. Ə.Haqverdiyev. Şahnisə xanımın döşəkçəsinin üstündə Fərhad külünglə dağı yarırdı. Çəmənzəminli.
□□ (Fərhad kimi) külüng vurmaq (çalmaq) - zəhmət çəkmək, çalışmaq, işləmək, əziyyətə qatlaşmaq. [Hacı Murad:] Qırx il külüng çalıb bir cüzi pul əlimə salmışam. S.S.Axundov. [Mirzə Camal:] Neçə ildir Fərhad kimi külüng vururam, bu səhnəni mən düzəltmişəm, indi o gəlib mənə dərs verəcəkdir! C.Cabbarlı. [Şeyda:] Gərək məhəbbəti fəaliyyətə çevirib, işıq və gözəllik uğrunda külüng çalasan! Ə.Məmmədxanlı. Külüng sındırmaq- b a x külüng vurmaq (çalmaq). Nahaq bu yolda külüng sındırır. S.Rəhman.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....