Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KÜLLÜK

is. 1. Kül tökülən yer. Toyuqlar küllükdə eşələnir. - Külü küllükdən götür. (Ata. sözü). Zibil təpə olsa, küllük dağ olmaz; Yel əsəndə alçaqlara endirər. Aşıq Abbas. Kəndin qırağındakı küllükdən keçib çayı adlamalı idik. M.İbrahimov.
2. məc. Xarabalıq, xaraba yer. Küllük eylədilər gülüstanlığı. M.Rahim.
□□ Köhnə küllükləri eşələmək - unudulmuş, vaxtı ilə olmuş, yaddan çıxmış bir hadisəni, pis işi, nöqsanları xatırlamaq, yada sal
maq. Kim isə Hacının keçmişini qurdaladı, köhnə küllükləri eşələdi. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....