Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÜLL
[ər.] 1. Bütün, cümlə, cəmi; bütöv, tam halda; ümum, ümumiyyətlə. Bir küll halında. - Bəli, biz burada Mozalan kəndinin xəstəliyi olan sümük azarından - yəni xəbərçiliyin hamısından yox, əsla küllisini yox, cüzisini yazmaq istərdik. S.Rəhimov.
köhn. İzafət birləşmələrinin birinci tərəfində “bütün”, “bütöv”, “tam” mənasında; məs.: külli-cahan, külli-dünya (bütün dünya, bütün aləm), külli-vilayət (bütün vilayət, ölkə). Nigar, Koroğlu yarısan; Bilsin küllialəm səni. “Koroğlu”. Rəngü-ruyu, cismi, taqəti, canı; Külli-varı gedən bəs ağlamazmı? M.V.Vidadi. Ey dünya, sən puçsan, yalansan, yalan; Külli-xalq canına salmısan talan. Molla Cümə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....