Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÜL
is. Yanmış şeylərdən qalan boz-qara rəngli toz. Külü atmaq. Külü təmizləmək. Bir soyuq kül o yerdə qaldı nişan: Onu da yel sovurdu sağ və sola. A.Səhhət. Usta Zeynal çubuğu çəkib külünü boşaltdı və durdu ayağa.. C.Məmmədquluzadə. [Dərviş:] Ocağın alovu sönüb tamam olurdu, qıraqlardakı atəşləri kül yavaş-yavaş .. bürüyürdü. A.Divanbəyoğlu. □ Kül olmaq - bütünlüklə yanmaq, yanıb qurtarmaq, külə dönmək. Odunlar kül oldu. Cəsarət gərəkdir ilk sevənlərə; Yalandı kül olmaq, yalandı yanmaq! M.Araz. Kül suyu k.t. - bitkiləri dezinfeksiya etmək üçün suda həll olunmuş kül.
□□ Kül başına! (gözünə!) dan. - qarğış, danlaq və təkfir ifadəsi. Kül başına, gözəl fərə, beçə də səni bəyənmir. (Ata. sözü). [Tağı qızı:] Pah, kül başına! Mənim evimdə qoca nə gəzir? M.S.Ordubadi. [Şahsənəm:] Belə kül molla başına! S.S.Axundov. Kül etmək (eləmək) - puç etmək, məhv etmək, axırına çıxmaq. Var-dövləti kül etmək. // məc. Mənada. Məni kül elədi elin dilləri. Aşıq Məmməd. Külə dönmək - 1) yanıb qurtarmaq, kül olmaq. Kömürlər külə döndü. Ağaclar yanıb külə döndü. - Neçin onun bu eyvanı; Yanıb soyuq külə döndü? S.Vurğun. // məc. Yox olmaq, məhv olmaq. Külə dönsün köləlik alışan bu səhərdə. R.Rza; 2) məc. çox əziyyət çəkmək, həddindən artıq əzab çəkmək. Ana yetimləri böyütdükcə külə döndü. - Axı bu torpaqda doğulmuşam mən; Vətən həsrətilə külə dönmüşəm. B.Vahabzadə. Külü göyə sovrulmaq - tamam məhv edilmək, axırına çıxılmaq. Qoy düşmən ah çəksin, külü göyə sovrulub.. Ə.Vəliyev. Külünü göyə sovurmaq - tamamilə məhv etmək, axırına çıxmaq. Gələndə düşmənlə süngü-süngüyə; Bir nərən sovurur külünü göyə. S.Vurğun. Başına kül (olsun)! - bax baş. Gözə kül üfürmək - b a x göz.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....