Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÜFTƏ
is. [fars.] 1. Bax küftəbozbaş. Küftə bişirmək. - Kişmişdən, badamdan, nanü həlvadən; Qovurmadan, .. küftə, dolmadan verdilər. Q.Zakir. [Seyid:] Müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə dirilər.. Ə.Haqverdiyev. [Rüstəm Səkinəyə:] Arvad, küftənin iyi ətir kimi bir kilometrdən vurur. M.İbrahimov.
2. Küftəbozbaşa, xəmiraşıya, sulu xörəklərə salınmaq üçün döyülmüş ət yumruları. Küftə tutmaq. Küftə qayırmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....