Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÖYNƏK
is. 1. Bədənin yuxarı hissəsinə geyilən yüngül geyim. Ipək köynək. Miləmil köynək. Köynək tikdirmək. Köynəyini ütüləmək. - [Qız:] Keçən il burada student olurdu, həmişə evdə bir köynəkdə oturardı. Çəmənzəminli. Nazlı əynindəki tünd şabalıd rəngli .. köynəyini çıxartdı.. S.Rəhman. // məc. Libas, paltar mənasında (adətən rəng adları ilə). Yaşıl köynəyini geyinir meşə; Yaxama quş kimi qonur bənövşə. S.Vurğun. Köynəyi al ipək lalə; Zərif qəşəng, göyçək lalə. M.Rahim.
Musiqi alətlərini və s.-ni qoymaq üçün parçadan və s.-dən tikilmiş torba; çexol. ..Bəlli Əhməd sazı ipək köynəkdən çıxartdı. “Koroğlu”. Çıxartsın köynəkdən Ələsgər sazı; Genə cuşa gəlsin eşqi, avazı.. Aşıq Ələsgər. [Pərşan:] Iki dəqiqə keçməmiş xüsusi köynək içində saxlanan sazı gətirdi. M.İbrahimov.
tex. Örtük, sipər. ..Qoruyucu köynək həncama vasitəsilə birləşdirilmiş oynaqlı iki yarımhissədən ibarətdir. M.Süleymanov.
Baramanın iç qatı. // Buğdanın üstündə olan nazik qabıq.
məh. Arabanın dəmir oxunun yerləşdiyi ağac hissə.
□□ Köynək-köynək (bir köynək) ət tökmək - bərk utanmaq, xəcalət çəkmək, pərt olmaq, xəcil olmaq, xəcalətindən yerə girmək. Qədir buraxıldısa da, məscid həyətində bir köynək ət tökdü. Mir Cəlal. [Nəcəfalı:] Bu gün qolu-qıçı sınanları yığıb şəhərə apardıqlarını eşidəndə köynək-köynək ət tökmü
şəm. B.Bayramov. Köynəyinin yaxasından
keçirmək etnoqr. - övladlığa götürmək əlaməti olaraq körpə uşağı köynəyinin yaxasından keçirməkdən ibarət köhnədənqalma adət. Xala, qızı köynəyinin yaxasından keçirib, özünə övlad etmişdi. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....