Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÖZ
is. Od yandıqdan sonra qalan alovsuz, qızmar kömür. Ağac yanar, köz olar; Su səpmə, köz-köz olar. (Bayatı). Firəngiz göbələklərin çökəyinə duz səpib, bir-bir közün üstünə düzürdü. B.Bayramov. // məc. Qızğın, odlu, hərarətli mənasında. Əbədi bir heykəl qurur sənətkar öz ürəyində; Bu hörmətdən alov tutar, alışar köz ürəyində. B.Vahabzadə. Köz düşmək - bax közə dönmək. Tonqalın alovu sönüb köz düşdükcə onun başındakı fədailərin halqası daralır və sıxlaşırdı.. M.İbrahimov. Ocaq çatıldadıqca qığılcımlar ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü. İ.Şıxlı. Köz salmaq - yandırmaq, qızdırmaq üçün yanar kömür və ya başqa bir şey salmaq, tökmək. Aqil qalxıb balaca samovara su tökdü, gətirib köz saldı, onu balkona qoyub qayıtdı. S.Rəhimov. Göyçək samovarı balkona qoyub köz saldı. Ə.Vəliyev. Közə döndərmək - 1) qızartmaq, közərtmək. Odları yandırıb közə döndərmək; 2) bərk qızdırmaq, qızmar hala salmaq. Avqust günəşinin qızdırıb közə döndərdiyi hava .. daha da ağırlaşırdı. Ə.Əbülhəsən. Közə dönmək - 1) qızarmaq, közərmək. Ocaqda kömür közə döndü; 2) yanıb puç olmaq, istinin şiddətindən tələf olmaq, xarab olmaq. Məhsul közə dönüb. Otlar közə dönmüşdü. // İstidən, quraqlıqdan yanmaq. Tiflis və Kars mahalları quraqlıqdan yanıb közə dönüblər. C.Məmmədquluzadə. Köz kimi (təki) məc. - qıpqırmızı, alov kimi. Sifəti köz kimi qızarıb. - [Koroğlu:] Sinəm odlandı köz kimi; Miskin olarmı biz kimi? “Koroğlu”. Qaşlar vəsmələnir, göz sürmələnir; Köztək yanaqları xoş şölələnir. M.P.Vaqif. // Od kimi. Ayrılıq dediyin duzlu bir sudur; Içdikcə köz kimi yandıracaqdır. R.Rza. // məc. mənada. Pul haqqında. [Qədir:]
Ay başa çatmayıb ki, Qumrunun əziz cehizi, alagöz kilimi çərçiyə satılıb pulları köz kimi nağd yüzbaşının ovcuna tökülmədimi? Mir Cəlal.
köz-köz: köz-köz olmaq - köz kimi olmaq, köz kimi işıldamaq. Dərdin çoxdur, döz, anam; Ürəyi köz-köz anam; Qohum-qardaş dayansın; Qoy ağlasın öz anam. (Bayatı). Bağrı köz-köz oldu “Yanıq Kərəm “in; Tellər inildədi, yandı, nə yandı. B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....