Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÖVRƏLTMƏK
icb. 1. Kövrək hala salmaq, kövrək etmək.
2. məc. Tez təsirləndirmək, mütəəssir etmək; riqqətləndirmək, doluxsundurmaq. Uşağı kövrəltmək. Ağır xəbər qadını kövrəltdi. - Gəlinin sözləri anasını da kövrəltdi. Çəmənzəminli. [İnci:] Sən məni kövrəltdin, Gülər. S.Rəhman. Qızı təzədən kövrəltməmək üçün Aqil ondan ağlamasının səbəbini də soruşmadı.. Q.İlkin.
□□ Ürəyini (qəlbini) kövrəltmək - bax ürək. Məsmə oğlunun ürəyini kövrəltmək istəmədi, daha da təsəlli verdi. Mir Cəlal. Hümmətyarın bu cür hərəkət etməsi Xanpərinin qəlbini kövrəltdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....