Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÖTÜK
is. 1. Ağacın yerdən iri budaqlarına qədər olan hissəsi; oduncaq. Ağacın kötüyünü kəsmək. - [Piri-fani:] O zaman bu qurumuş ağac kötüyü göyərər.. S.S.Axundov.
O gözəlin adını mənim nəzərlərimdə; Qurumuş bir ağacın kötüyünə yazdılar. S.Rüstəm. Sinəmdə ürəyim buz bağlayıbdır; Budağı budanmış kötük olmuşam. B.Vahabzadə.
Ağacın qalın yerindən, oduncağından kəsilən bir hissə. Kötüyün üstündə odun doğramaq. Ət kötüyü (üstündə ət doğramaq, kəsmək üçün kötük). - Ocağa böyük kötüklər qoyub yandırdılar. S.S.Axundov. Bığı xınalı, dəvərəgöz bir qəssab kötüyün üstündə ət doğrayırdı. Mir Cəlal.
Bir şey işləndikdən sonra qalıb atılan hissəsi. Siqaret kötüyü. - Yalnız indi başını dik qaldıran Xəlil onun ardınca baxdı, papirosunun kötüyünü yerə çırpıb ayağı altında tapdaladı. M.Hüseyn. // Qəbz və s. kəsildikdən sonra dəftərçədə qalan hissəsi. Qəbzin kötüyü. Bloknotun kötüyü. // Kitabın, dəftərin tikilmiş olduğu yer.
məc. Yaşlı adam, yaşca ən böyük, qoca, ixtiyar mənasında. Evin kötüyü. Baba nəslin kötüyüdür.
Kök, rişə. Ağacın kötüyünü çıxarmaq. Kolun kötüklərini qırmaq. - [Gilənin] axşamdan basdırdığı qaratikan kötüyü lülə köz olmuşdu. Ə.Vəliyev. □ Kötük diş - sınmış, çürümüş dişin ətin içərisində qalan hissəsi. // məc. Əsas, bünövrə, kök. Etiqad əsl kötükdür, hər əməl şaxəvü bər. S.Ə.Şirvani.
sif mənasında. Kök, şişman, qalın. Kötük əl. Kötük adam.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....