Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÖTƏK
is. Ağac, dəyənək və s. ilə vurulan zərbə. Kötək aradakına çox dəyər. (Ata. sözü). Şərəf o qədər də aciz deyil ki, Xudayar bəyin sözünün qabağında bir söz danışmasın, yainki ərinin kötəyinin qabağında durub baxsın. C.Məmmədquluzadə. Tubu ağlayır, arvad da kötəyin zərbəsindən bağırırdı. H.Sarabski. □ Kötək altına salmaq - ağac, dəyənək və s. ilə döymək, kötəkləmək. ..[Kişi] övrəti beş-on gün salır kötəyin altına, axırda da övrət cana doyandan sonra çıxıb qaçır. C.Məmmədquluzadə. Kötək yemək
b a x kötəklənmək. Hiç məqul söz deməzsən sən! Qandadır kim, kötəkyeməzsən sən? Füzuli. Qaraca qızın təbiətində inadcıllıq vardı.. Yusifdən nə qədər kötəkyeyərdisə də, yenə tərsliyindən əl götürmürdü. S.S.Axundov. [Məşədi İbad:] ..Arvad ərindən nə qədər kötəkyesə, bir o qədər ərin çox sevər. Ü.Hacıbəyov. Kötək vurmaq (döşəmək) - bax kötəkləmək. Məşədi Imamqulu qeyz ilə uşağı küncdən kənara dartıb, arxasına kötək döşəməyə başladı. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....