Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÖSÖV
is. 1. Bir hissəsi yanıb qaralmış, yaxud yanıb sönməkdə olan odun parçası. Kösövləri bir-birinin üstünə yığmaq. Kösövü alışdırmaq. - Keçmiş kösövü zor ilə yerə vuranda qığılcım saçılan kimi [dərvişin] gözləri məşəlləndi. A.Divanbəyoğlu. Kişinin ovqatı daha da xarablaşar, o yan-bu yanı axtarar, əlinə təndir kösövü götürüb, itə bir-iki çəkərdi. H.Sarabski. Xəmiri basdırandan sonra Gülcahan mətbəxin yanındakı təndirə doğru gəlib, təndirin odunu kösövlə qarışdırdı. T.Ş.Simurq.
2. məc. Yanıb qaralmış, kobudlaşmış şey haqqında. [Mürsəl:] Ayaqların kündə, əllərin kösöv; Gəlin gedən kimi qaynananı döy! S.Rüstəm. Rəngi sapsarı, dodaqları gömgöy; Əlləri qapqara bir kösöy. N.Rəfibəyli. Kösövə dönmək - 1) yanmaq, qaralmaq. Neçə il qabaq qonşularında olan Pakizə qızın özünü yandırması, bir an içində onun qolqıçlarının bir kösövə dönməsi Nənəqızı dərin bir dəhşətə salırdı. S.Rəhimov; 2) məc. hirslənmək, alışmaq, odlanmaq. [Ədhəm] fikrinin siyasi təsirini artırmaq üçün bircə an içində qaralıb kösövə döndü. B.Bayramov.
Cəhənnəm kösövü - bax cəhənnəm. Kösövü tüstülü olmaq - adı pis çıxmaq, adı vayqanlı olmaq. [Əlyarov:] Yaxşı, yaxşı, dedi, - bu sözü burda dedin, başqa yerdə demə, .. onsuz da kösövümüz tüstülüdür. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....