Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KÖRÜK

is. 1. Kürədə odu qızartmaq və s. məqsədlər üçün yanları büküşlü dəri və taxtadan düzəldilmiş alət. Dəmirçi körüyü. [Molla İbrahimxəlil:] Molla Həmid, çadırdan tez zərgər kürəsini butası ilə, kiçik körük ilə çıxar, gətir. M.F.Axundzadə. Körük basmaq- b a x körükləmək. Çəkiciyavaş vurun! Körüyü yavaş basın! R.Rza. Körük kimi qabararaq, şişərək. Baş aqronom ayağa qalxanda, qara şevyot şalvarının qalifesi körük kimi şişib boşaldı. Ə.Vəliyev. Qocanın sinəsi körük kimi qalxıb endi.. İ.Hüseynov. // Qarmon kimi çalğı alətlərinin havanı sıxan körüyə oxşar hissəsi. [Minayə] tez-tez başını aşağı salıb qarmonuna, bəzi yeri bir neçə dəfə yırtılıb yamandığına görə hava buraxan körüyünə diqqət edirdi. Ə.Əbülhəsən.
2. B a x pərə. Bu vaxt Pası burnunun körükləri qalxa-qalxa içəriyə girib qatlanmış kağızı Gülsənəmə uzadaraq: - Dur ayağa! dedi. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....