Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÖPÜK1
is. Yırğalanan, hərəkət edən maye və ya yarımmaye kütlə üzərində əmələ gələn içərisi hava, ya da qazla dolu girdə qabarcıqlar yığını. Suyun köpüyü. Dəniz köpüyü. - Köpüklərlə üzə-üzə; Dalğalara qarışdım; Martılarla yarışdım. A.Şaiq. Çaylardakı ağ köpük; Yanında bir boz çöpük. Ə.Cavad. // Süd və s. mayelər qaynadıqda üzərlərində əmələ gələn qabarcıqlar. Südün köpüyü. // Sabun və bəzi yuyucu maddələrin suda həll olmasından hasil olan ağrəngli qabarcıqlar. Sabun köpüyü. // Ət və s. suda qaynadıqda üzərinə yığılan tullantı hissə; kəf. Xörəyin köpüyünü yığmaq. Bozbaş köpük eləyib. - Salmanova mürəbbənin köpüyünü alırdı. Ə.Əbülhəsən.
□□ Köpük kimi - qiymətsiz, əhəmiyyətsiz şey haqqında.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....