Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÖP
is. 1. Şiş, qabarma. □ Köpünü almaq
şişini, qabarmasını yatırtmaq. Ocaqqulu kişi oxlovu qapıb xəşilə batırdı və onun köpünü aldı. S.Rəhimov.
2. Qarının qazla dolma nəticəsində qabarması, köpməsi. Uşağın qarnı köpdü. - [Nümayəndə:] O yerlərin camaatının rəngi sarı, bədəni zəif, qarınları köplə dolu olur. Ə.Haqverdiyev.
□□ Köpü alınmaq (yatmaq) - zorla sakitləşdirilmək, təşəxxüsdən düşürülmək. ..Cəbişin köpü alındı. Qəhrəmana da faytonçunun kiriməyi lazım idi. S.Rəhimov. Dildarın hirsi xeyli soyumuş, köpü bir az alınmışdı. Ə.Vəliyev. Köpünü almaq - sakitləşdirmək, hirsini soyutmaq, aram etmək. Bu gün korun köpünü alacaqlar. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla