Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÖMÜR
is. 1. Odunu yandırıb basdırmaqla alınan tünd-qara rəngli bərk yanacaq. Kürəyə kömür qoymaq. Manqala kömür tökmək. Kömürü qızartmaq. - [Rüstəm kişi] ..samovara su tökməyə, kömür salmağa ərindi. M.İbrahimov. Arvad samovarı çölə çıxartdı. Külünü boşaldıb yaxaladı. Su töküb kömür saldı. Ə.Vəliyev. □ Kömür basmaq
kömür almaq üçün odunu yandırıb torpaqda basdırmaq. Kömür dəymək - dəm tutmaq, kömürün dəmi (qazı) ilə zəhərlənmək. Kömür kimi (qədər) - tünd-qara, zil qara, qapqara. Kömür kimi uşaq. - Açıqlıqdan keçdi, kömür qədər qara.. görünən qamışlığa girdi. H.Nəzərli. Onun rəngi kömür kimi qaradı. M.Hüseyn. Kömür kimi qaralmaq
1) bərk qaralmaq, qapqara olmaq. Qız yayda kömür kimi qaraldı; 2) məc. hirsindən üzünün rəngi dəyişib tündləşmək. Rüstəm kişi.. kömür kimi qaralıb susurdu.. M.İbrahimov.
2. Yer altından çıxarılan bitki mənşəli bərk yanacaq, maddə. Daş kömür. Kömür yataqları. Kömür mədəni. İki vaqon kömür. - Donbas bizə kömür verir.. M.Müşfiq. Fəhlələr qatı kömür tozu içində işləyirdilər. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....