Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÖMƏKÇİ
is. 1. Bir işdə kömək edən şəxs; yardımçı. Uşaq anasının köməkçisidir.
..Mən Tehranda özümə köməkçi tapa bilərəm. M.S.Ordubadi.
Müavin. Usta köməkçisi. Rejissor köməkçisi. Operator köməkçisi. - Irəvanda da deyirlər vitse-konsulun köməkçisi biletin birinə Iran rəiyyətindən düşəndə on manat alır.. C.Məmmədquluzadə. Qəbul otağında köməkçi ilə [Mollayevdən] başqa heç kim yox idi. M.Hüseyn.
məc. Yardımçı, əlavə. Köməkçi sual. Köməkçi sex.
□□ Köməkçi nitq hissələri qram. - əsas nitq hissələrinin xüsusiyyətlərinə malik olmayan sözlər (ədatlar, qoşmalar, bağlayıcılar, modal sözlər). Köməkçi feil qram. - leksik mənası olmayan, başqa sözlərlə birləşib mürəkkəb feil düzəldən feil (məs.: etmək, eləmək, olmaq və s.).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....