Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KÖLGƏLƏNMƏK
f 1. Kölgə düşmək, kölgəli olmaq, kölgə salmaq, bir qədər qaranlıqlaşmaq. Ağaclar kölgələndi. - ..Dik yuxarı dırmandıqca meşə kölgələnib sərinlənirdi. Ə.Əbülhəsən. Kölgə düşən yerdə oturmaq, kölgədə gizlənmək. Gündüzlər istinin dərdindən haman dəliyə girib kölgələnirdi. C.Məmmədquluzadə. Göy sərvlər qucağında bir çiçək
kimi; Kölgələndi uzaqlarda ağaran liman. Ə.Cəmil. [Bakıda] heç kəs istidən kölgələnmək və başını gizlədib işdən qalmaq istəməz. S.Rəhimov.
məc. Üzündə qəm, kədər, qüssə əlaməti zahir olmaq; qəmlənmək, qüssələnmək, kədərlənmək (adətən, “gözləri”, “üzgözü”, “çöhrəsi” sözləri ilə). Uzü-gözü kölgələnmək. - Sevilin gözləri güldüyü yerdə; Birdən buludlanıb kölgələndimi? M.Müşfiq. Məzlumun çöhrəsi kölgələndi, bir an nə deyəcəyini bilmədi. S.Vəliyev.
məc. Qaçıb gizlənmək, birinin himayəsinə, qanadı altına sığınmaq, birinə pənah aparmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....