Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KOMİSSARLIQ
is. Başında komissar duran idarə, orqan. Nə məhəlli komitə, nə ittifaq, nə də əmək komissarlığı [Zeynalın] tamamilə işdən xaric edilməsinə əsas etibarı ilə etiraz edə bilməyirdilər. S.Hüseyn. Komissarlıqdan yazıb, baş mühəndis vəzifəsinə təyin üçün namizəd istəyirdilər. Mir Cəlal. Qulamın yanına onunla eyni komissarlıqda işləyən bir işçi gəlmişdi. Ə.Əbülhəsən. □ Xalq komissarlığı tar. - Azərbaycanda sovet dövründə dövlət idarəsi sahələrindən birinə rəhbərlik etmiş mərkəzi orqan (1946-cı ildə nazirliyə çevrilmişdir). Hərbi komissarlıq - hərbi vəzifəlilərin uçotu, orduya çağırışı və çağırışa qədərki hazırlığı ilə məşğul olan yerli hərbi idarə. Göyçəyin ərizəsi hərbi komissarlıqda idi. Ə.Əbülhəsən. [Xasayla] birlikdə hərbi komissarlığa beş nəfər getmişdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....