Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KOMBİNAT
[lat. combinare - birləşmiş]
Texnoloji proses cəhətdən bir-birilə bağlı olan bir neçə müəssisəni birləşdirən iri sənaye müəssisəsi, yaxud texnoloji cəhətdən bir-biri ilə bağlı olmayan bir sənaye sahəsinə aid müəssisələrin inzibati birləşməsi. Süd-ət kombinatı. - ..Ipəktoxuyan kombinatda yüzlərlə ixtisaslı fəhlə çalışır. S.Rəhman. Bizə ət kombinatından belə bir ərzə gəlib; Ki, soyuqdan üşüyən mal-qaralar qeyzə gəlib. Ə.Vahid. // Yerli sənayedə xırda istehsalatlar, yaxud məişət xidməti müəssisələri birləşməsi. Rayon sənaye kombinatı. Məişət xidməti kombinatı.
Zavod və müəssisələr yanında müxtəlif dərəcəli məktəblər birləşməsi. Tədris kombinatı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....