Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KOLLUQ
is. Kollardan ibarət sahə; kolu çox olan, kol basmış yer. Kolluğu qırmaq. Kolluqda gizlənmək. [Tarverdi:] Mənim kolluq içində iki yüz yoldaşım yatır. M.F.Axundzadə. ..Sıx kolluqdan yavaşyavaş baharın dirçəldib dilə gətirdiyi quşların pıçıltısı ucalırdı. Ə.Əbülhəsən. // Sif. mənasında. Kolluq sahə. - Abbas qulançar yığa-yığa çəməndən xeyli uzaqlaşıb bir kolluq dərəyə düşmüşdü. S.S.Axundov. Dəhnənin yuxarı tərəfi kolluq, qayalıq bir yer idi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....