Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KİRDAR

is. [fars.] 1. İş, əməl, hərəkət. Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax; Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax. M.P.Vaqif. Xandostu! Amandı, qoyma gəldi; Kirdarı yamandı, qoyma gəldi! M.Ə.Sabir. Kirdardan düşmək - artıq heç bir işə yaramamaq, yararsız hala gəlmək. [Səfər kişi:] Demək, mən lazım ola bilərəm, .. mən hələ kirdardan düşməmişəm. Mir Cəlal.
2. Səbir, hövsələ. Kirdarım yoxdur. - Anada o kirdar hanı, telefona gələ, nömrə tapa, belə odlu-odlu danışa. Mir Cəlal. □ Kirdarı gəlməmək - hövsələsi çatmamaq, səbri gəlməmək, həvəsi olmamaq. [Mehriban] bir istədi ki, Şərifənin gördüyü işi onun əlindən alıb görsün. Nədənsə buna da kirdarı gəlmədi. S.Hüseyn. Kirdarını kəsmək
hövsələdən çıxartmaq. Lakin Şahpəri ilə baş verən hadisə [Şahmarın] kirdarını kəsmişdi. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....