Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KİNO
[yun. kinema - hərəkət edən] 1. B a x kinematoqrafiya. Hələ 1927-1928-ci illərdə Cabbarlı kino sənəti ilə maraqlanmağa başlamışdı. M.Arif.
dan. bax kinofilm. Kino göstərmək. Saat iki olar; Uşaqlar üçün televizor; Kino verəcək bu gün. M.Rahim. Bütün tərsliyinə baxmayaraq, [Musa] ömründə bir kino tamaşası buraxmazdı. İ.Əfəndiyev.
Bax kinoteatr. [Səlim və Mehriban] sonra bulvardakı “Yeni kənd” kinosuna gedib hazırkı həyatdan alınmış faciəyə tamaşa etmişlərdi. S.Hüseyn. [Firidun] [Südabənin] yenə kinoya getməyə, yaxud gəzməyə çıxmağa gəldiyini güman etdi. M.İbrahimov. Kino budkası - kinoaparat və kinomexanik üçün xüsusi yer, budka.
kino... [yun.] Kinematoqrafiya ilə bağlı olan mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: kinoxronika, kinojurnal, kinooçerk, kinooperator.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla