Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KİMYAGƏR

is. [ər. kimya və fars. ...gər]
köhn. bax kimyaçı 1-ci mənada. M.F.Axundzadənin “Molla Ibrahimxəlil kimyagər” komediyası. - Qız nə iş görür? O da kimyagərdir. İ.Əfəndiyev.
Keçmişdə: guya hər şeyi qızıla çevirmək sirr və sənətini bilmək iddiasında olan rəmmal. Lalərəng etdi gözüm qan ilə xakidərini; Kimyagərdir, edər gördüyü torpağı qızıl. Füzuli. Bunlar hamısı keçəndən sonra, bu otuz doqquz nömrədə min doqquz yüz doxsan doqquz rəmmal, kimyagər, quşbaz .. şəkli çəkmişik. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....