Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KİMSƏSİZ
sif 1. Heç kəsi (yaxın qohumu, arxası, köməyi) olmayan; adamsız. Kimsəsiz uşaq. Kimsəsiz qadın. - [Araz] kimsəsiz, tək bir adam idi. A.Şaiq. Bu gün Hüseyn artıq arxasız və kimsəsiz bir yetimdir. S.Rəhman. // İs. mənasında. Hər gecə əxilər süfrəsi başında gördüyü o müxtəlifi qəriblər və kimsəsizlər içərisində yavaş-yavaş bu qocanın da siması [yolçunun] xəyalında canlanırdı.. Ə.Məmmədxanlı.
2. İnsan yaşamayan, boş, adamsız, tənha. Kimsəsiz yerlər. - Oz kimsəsiz torpağına baxdı Füzuli; Bir sönməyən şimşək oldu, çaxdı Füzuli. Ə.Cavad. Səməd.. uzaqdan görünən kimsəsiz tarlalara baxdıqca ürəyi sıxılırdı. İ.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....