Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KİFAYƏT

zərf [ər.] 1. Yetər, kafi, bəs olma. Deyirlər, çox ardır yüz il, əlli il; Insana bir ömür kifayət deyil. B.Vahabzadə. □ Kifayət qədər - lazımınca, lazımi qədər, bəs olduqca. [Qurban] yolda yeriyərkən düşünürdü: - Xoşbəxt adam, kifayət qədər pul toplamış, indi də gedib uşaqlarına qovuşacaqdır. A.Şaiq. [Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı, hələ də buraya kifayət qədər isinişməmişdi. M.Hüseyn. Sultan ciddi nüfuzedici bir ahənglə, özü də kifayət qədər məntiqlə danışırdı. İ.Hüseynov. Kifayət etmək - 1) bax kifayətlənmək. Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı. Ə.Haqverdiyev; 2) çatmaq, yetmək, bəs olmaq. 0ərt deyildir yatıbduram yanında; Gendən baxmaq mənə kifayət eylər. M.P.Vaqif. [Bədircahan:] ..Dəxi mənə artıq şey lazım deyil, bir beş-altı manat kifayət edər. N.Vəzirov. Kifayətə yetmək köhn. - razı düşmək, təmin olunmaq, kifayətlənmək. [Sitarə:] Bu çərxdən gərək yetə hər kəs kifayətə. C.Cabbarlı. Kifayət olmaq
b a x kifayət etmək 2-ci mənada.
2. Kifayətdir (şəklində) - yetər, çatar, bəsdir. [Aslan bəy:] Bircə yaylım atılarsa, kifayətdir.. C.Cabbarlı. Bir könülə kifayətdir bir mənalı məhəbbət; Iki qəlbi əyləndirmək xəyanətdir, sevgilim! S.Rüstəm. // Əmr mənasında - yetər! bəsdir! kifayət edər! Kifayətdir, buraxın söhbəti!
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....