Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KİÇİK
sif. 1. Həcmcə, ölçücə balaca; xırda (böyük müqabili). Kiçik əl. Kiçik göz. Kiçik otaq. Kiçik qab. Kiçik kitab. - Qapıçı kiçik pəncərədən [Nəbinin] nə istədiyini xəbər alır. “Qaçaq Nəbi”. Kiçik və yoxsul daxmasının səkisi üzərində ortaboylu, sağlam, yaşlı bir adam oturmuşdu. A.Şaiq.
Kəmiyyətcə, sayca, miqdarca çox olmayan; az. Kiçik bölmə. Kiçik dəstə. - Beləliklə, tikintidə kiçik bir özfəaliyyət dərnəyi yarandı. İ.Əfəndiyev.
Azyaşlı, balaca. Evin kiçik uşağı. - Anaxanım kiçik balasını öz ana qanadları altına alıb böyütməyə başladı. A.Şaiq. Pəncərəm önündən hər səhər tezdən; Məktəbə gedirsən, a kiçik dostum! N.Rəfibəyli. // Yaşca o birindən balaca olan. Kiçik bacı. Kiçik qardaş. - İki gündən sonra Səfərin anasına sifariş göndərdilər ki, böyük qız ərə getməyincə kiçik qızı atası heç kəsə verməyəcək... Ə.Haqverdiyev. Qoçaq və işgüzar qızlardan olduğuna [görə] qayınatası Mələkdən əl çəkməyib on üç yaşında kiçik oğluna nikah etdi. A.Divanbəyoğlu. // İs. mənasında. Böyüklə böyükdür, kiçiklə kiçik. (Məsəl). Pəncərədə üzüm var; Ana, sənə sözüm var; Qonşu oğlanlarının; Kiçiyində gözüm var. (Bayatı). Kiçiklər böyüklərin dalınca gəzir; Və həmişə başıaşağı. R.Rza. Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, kiçiklərin isə ağlına gəlməz. S.Rəhman. □ Kiçikdən böyüyə qədər yaşdan asılı olmayaraq; hamı. Kiçikdən böyüyə qədər bütün ailə toya gəlmişdi.
məc. Əhəmiyyətsiz, cüzi, yüngülvari. Kiçik bir hadisə. Kiçik bir mübahisə. Kiçik bir məsələ. - [Firidun:] Kiçik bir xata böyük bəlalar törədir. M.İbrahimov. Qoca mürəttib kiçik bir işarəyə bənddi. M.Hüseyn.
Vəzifəcə, rütbəcə, dərəcəcə aşağı. Kiçik elmi işçi. Kiçik zabit. - Bizim aramızda Şuşa istirahət evlərindən qayıdan işçi və kolxozçular olduğu kimi, yeddi-səkkiz nəfər gənc tələbə, bir nəfər də kiçik komandir vardı. S.Hüseyn. // İs. mənasında. Kiçiklərin böyüməsi çətin işdi; “Böyüklərin “kiçilməsi; çox asandı. M.Araz.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....