Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
Kİ1
bağl. 1. Baş cümlə ilə budaq cümlələri bir-birinə bağlayır. Elə yavaş danışır ki, eşitmək olmur. Elə dumandır ki, göz gözü görmür. - Səkinə yaxşı bilirdi ki, son zamanlar qızının .. nəbzi əvvəlkilər kimi vurmur. M.İbrahimov. Orasını da deməliyik ki, Murad Bayramın üstünə yaman düşmüşdü. Ə.Vəliyev.
Bağlayıcı vəzifəsini görən bir sıra sözlərə (ki, necə, hansı, niyə və s.) qoşularaq, onlarla sonrakı sözlər arasında əlaqəni daha da qüvvətləndirir. Necə ki, dedim. Kim ki, cavab verdi
Bəzi modal sözlərdən (yəqin, görünür, əlbəttə, gərək, guya və s.) sonra gələrək, ehtimallıq, zərurilik və gerçəklik məzmununun cümlələrin ikinci hissəsinə keçməsi üçün şərait yaradır. Yəqin ki, mənim qarama hirslənib getdiniz. İ.Əfəndiyev. Gərək ki, məktəbdən gəlmişdi. Mir Cəlal. Feldən sonra gələrək, başqasının nitqini ifadə etməyə xidmət edir. Bir dəfə Güllü mənə demişdi ki, qızım, sənin bu dünyada bir xoşbəxtliyin var.. İ.Əfəndiyev. Ədatlardan sonra işlənərək, ədatla birlikdə cümləni və ya onun müəyyən hissəsini qüvvətləndirməyə xidmət edir. Indi ki bu mənim pulumu görüb, bu qədər əziyyətə düçar olub, belə adamlar vəfalı olarlar. (Nağıl). Indi ki sən xahiş edirsən, qızın pulunu keçərəm. Mir Cəlal.
Müxtəlif sözlərdən sonra gələrək həmin sözlərin mənasını qüvvətləndirir. Yaxşı ki dəvət etmişik. - Bu ki mənim əlimdə su içmək kimi bir şeydi. (Nağıl). Mən ki damdan, bacadan baxmaz idim; Su kimi hər tərəfə axmaz idim. M.Ə.Sabir.
Sadə bağlayıcı, qoşma, ədat, feli bağlama, işarə əvəzliyi və s.-dən sonra gələrək, mürəkkəb bağlayıcı əmələ gətirir; məs.: ancaq ki, ona görə ki, yaxud ki, bunun üçün ki, indi ki, odur ki.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....