Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KƏŞFİYYATÇI
is. 1. Kəşfiyyata göndərilmiş, kəşfiyyatda olan hərbi qulluqçu (bax kəşfiyyat 2-ci mənada). Saday hissənin ən məşhur kəşfiyyatçılarından biri sayılırdı. M.Hüseyn. Vəziyyətdən aydın idi ki, Orucov alman kəşfiyyatçısı ilə tutaşmışdır. Mir Cəlal. Kəşfiyyat işçisi, agenti (b a x kəşfiyyat 3-cü mənada). Düşmən kəşfiyyatçısı. Kəşfiyyatla məşğul olan adam (bax kəşfiyyat 1-ci mənada). Qasid Nərcə kəndinin yanından keçərkən, Fəxrəddinin ordusundan göndərilən kəşfiyyatçılardan Dəmirə rast gəldi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....